“Sabah” “Qarabağ”ın jestinə belə cavab verdi - VİDEO

19:00 03.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Kubokunun yarımfinalı çərçivəsində bu gün keçiriləcək “Qarabağ” – “Sabah” matçı öncəsi Masazır təmsilçisi rəqibinin atdığı addıma özünəməxsus şəkildə cavab verib.

Hafta.az  xəbər verir ki, “Sabah” klubunun sosial şəbəkə hesabında paylaşılan görüntülərdə xanım azarkeşin övladı ilə birgə kassaya yaxınlaşaraq biletlərin qadınlar və uşaqlar üçün ödənişsiz olması ilə maraqlanması əks olunub.